2013-2015-ci illər arasında Serenay Sarıkaya ilə Çağatay Ulusoyun baş rolda oynadığı serialın çəkildiyi villa satışa çıxarılıb.
Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün dünyada maraqla izlənən “Medcezir” serialının çəkildiyi, 9 otaq və xüsusi hovuzdan ibarət villa 19 milyon 500 min lirəyə satışa çıxarılıb.
Məlumatlara görə serialın heyranı olan ərəb bir iş adamı həmin villaya sahib olub.