Cümhuriyyətin parlaq Gəncə dövrü — VİDEO

GÜNDƏM 28 may 2022, 17:36
Azərbaycan müstəqilliyinin 104 ilini qeyd edir. Bu şanlı tariximizin ən önəmli səhifələrinin mühüm bir qismi Gəncə ilə bağlıdır. 

1918-ci ilin 28 mayında Tiflisdə istiqlalını elan edən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 19 gün sonra Gəncəyə köçdü. 3 ay ərzində 100-dən artıq qanun və qərar qəbul edildi, 1804-cü ildən adı dəyişdirilən şəhərin tarixi adı özünə qaytarıldı.

Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin binası kimi fəaliyyət göstərən tarixi tikili Xalq Cümhuriyyətimizin əsas qərargahı kimi fəaliyyət göstərib. Bina bir çox tarixi faktlara şahidlik edib. 

Binanın önündə o tarixi xatırladan lövhə vurulub. Fətəli Xan Xoyskinin rəhbərliyi altında yaradılan iki hökumət kabineti isə Azərbaycan Xalq Cümhuriyyəti muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Fətəli Xan Xoyskinin iş otağı ilə yanaşı, ümumilikdə Xalq Cümhuriyyətimizin 23 aylıq fəaliyyətini əks etdirən eksponatlar yer alıb.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top