"Turistlərin Azərbaycandan çox digər ölkələri seçməsi biletlərinin bahalığı ilə bağlıdır"

GÜNDƏM 27 may 2022, 22:57
“Azad iqtisadi zona iqtisadiyyatımıza açılmış nəfəslikdir. Əgər biz ondan doğru istifadə edə bilməsək, iqtisadiyyatımızın inkişafında ciddi problemlər olacaq”.

"Ölkə.Az" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Deputat qeyd edib ki, Ələt azad iqitisadi zonası (AİZ) vasitəsilə digər sferada olan əsas iqtisadiyyatımızın təməl şərtlərinin dəyişməsinə fürsət verəcək: 

“AİZ-də hərəkət və canlanma bütün iqtisadiyyatımıza ciddi təsir göstərəcək. Digər tərəfdən sorğulara baxsaq görə bilərik ki, rusiyalı turistlər Azərbaycandan çox digər ölkələri seçirlər. Əsas səbəblərdən biri də təyyarə biletlərinin bahalığı ilə bağlıdır. Biz inhisarçılıqla bağlı problemləri həll edə bilmədiyimiz üçün bu məsələlər ortaya çıxır. Ələt  AİZ-ə isə düşünürəm ki, istənilən səviyyədə səlahiyyətlər verilməlidir”

Deputat oxşar AİZ-lərin digər bölgələrimizdə yaradılmasının vacibliyini də diqqətə çatdırıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyn 2022, 20:18
Top