“TEXNOFEST Azərbaycan”ın türk dünyası üçün böyük əhəmiyyəti var”

GÜNDƏM 27 may 2022, 16:40
“TEXNOFEST Azərbaycan” festivalının keçirilməsinin həm ölkəmiz, həm də bütövlükdə türk dünyası üçün böyük əhəmiyyəti var. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib. Deputat bu gün bütün dünyanın nəzər və diqqətinin Azərbaycanda olduğunu vurğulayıb:

“Belə bir festivalın keçirilməsi Azərbaycanın dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği baxımdan önəmlidir.



Hesab edirəm ki, bu, Türkiyə-Azərbaycan arasında ikitərəfli münasibətlərə də öz ciddi, müsbət töhfəsini verəcək. Eyni zamanda, burada bilirsiniz ki, həm Azərbaycandan, həm də Türkiyədən müxtəlif komandalar iştirak edir. Onların elmlə, texnologiya ilə bağlı yenilikləri öyrənməsi, bir-birilə təmasda, əlaqədə olması baxımdan belə bir səfərin həyata keçirilməsi düşünürəm ki, çox önəmlidir. Hesab edirəm ki, bütün bunlar ümumi əlaqələrimizin inkişafına öz ciddi və müsbət töhfəsini verəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top