“Qafqazda parlament assambleyasının yaradılması Ermənistana mesajdır” — ŞƏRH

GÜNDƏM 27 may 2022, 14:34
Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır. Bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib. Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub.  

Politoloq Fuad Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyasının  yaradılması ilk başda GUAM xatırladır. Onun sözlərinə görə, belə bir parliament assambleyasının yaradılması Ermənistana region dövlətləri tərəfindən verilən bir mesajdır:

“Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birgə hazırladığı bir təşkilat var idi. Amma, çox təəssüf olsun ki, bu təşkilatın nizannaməsindəki məramlar həyata keçirilə bilmıədi. Bugünkü gündə həm Ukraynada, həm Moldovada vəziyyət çox dəyişibdir.



Bilirsiniz ki, Ukraynada Rusiyanın müharibə aparması Moldovanı da həyəcanlandırır. Bunlar yeni güc birliklərinə müraciət etmək istəyirlər, amma çox təəssüflər olsun ki, edə bilmirlər, başda NATO olmaqla. Əlbəttə ki, belə bir dönəmdə Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyasını yaratması digər dövlətləri də cəlb edəcək. Fikrimcə, burada başlıca mesaj Ermənistana verilir. Niyə? Çünki Ermənistan bilirsiniz ki, iki yerə parçalanmış şəkildədir. Daha doğrusu, Ermənistanı idarə edən xarici diaspora, xarici lobbi həm Rusiya, həm də ABŞ, Avropa tərəfindədir”. 

F.Abbasov qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkiyənin Qafqaz bölgəsində parlament assambleyası şəklində birlik əmələ gətirməsi Ermənistana verilmiş  bir mesajdır:

“Əgər sən bizimlə bərabərsənsə, buyur gəl, sən də regionun bir dövləti olaraq qoşul və birlikdə fəaliyyət aparaq. Madəm sən Rusiyanın tərəfdarısansa, Rusiyanın bir əyalətisənsə, o zaman  bizim aramızda yerin yoxdur”. Bax, mənə belə bir mesaj gəlir parlament assambleyasından. Çox ümid edirəm ki, Azərbaycan, Türkiyə və Gürcüstan ilə bu, məhdudlaşdırılmayacaq. Necə ki, Avropa Şurası Parlament Assambleyasına çox ölkəınin  parlamenti daxildir. Biz də elə bir bölgəsəl, regional parlament assambleyası yaratsaq çox yaxşı olar“.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top