Milli Məclis Müstəqillik Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi

DAXİLİ SİYASƏT 27 may 2022, 13:39
Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

Demokrat.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

O təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifi alqışlarla qarşılayıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top