Ələt Azad İqtisadi Zonasının rəhbəri deputatın çıxışına sərt reaksiya verdi

GÜNDƏM 27 may 2022, 13:29
“Bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklər layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, “Ələt Azad iqtisadi zonası haqqında” qanunda Konstitusiyaya zidd müddəalar var:

“Ələt Azad İqtisadi Zonasında belə güzəştlər ediriksə, ixracı stimullaşdıra bilərik. Hansı məsələlər sahibkarların xeyrinədirsə, biz bütün sahibkarlar üçün bu güzəştləri etməliyik. Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi bu qanun layihəsi ilə ziddiyyət təşkil edir, məhkəmələrin həll etdiyi məsələ qanunda Azad İqtisadi Zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələlərdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz”.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatın çıxışına sərt reaksiya verib. O, deputatın iddialarının düz olmadğını qeyd edib:

“Prezident Administrasiyasında da müvafiq şöbələr, komitələr var. Onlar da bu dəyişikliklərə baxaraq rəy veriblər. Orada Konstitusiyaya zidd heç bir maddə yoxdur”.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top