Keçmiş prezident 30 sutka ev dustaqlığına buraxıldı

DÜNYA 26 may 2022, 21:59
Moldovanın keçmiş prezidenti rusiyayönümlü İqor Dodon 30 sutka ev dustaqlığına buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb.

Qeyd olunur ki,  qərar Çekan məhkəməsi tərəfindən qəbul edilib.

Mayın 24-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Dodonun evinə gəliblər. Prokurorluqdan bildirilib ki, axtarışda Korrupsiyaya Qarşı Mübarizə Milli Mərkəzinin və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları iştirak edib. Onlar qeyd ediblər ki, cinayət işi korrupsiya, qanunsuz varlanma, vətənə xəyanət və siyasi partiyanın cinayətkar təşkilat tərəfindən maliyyələşdirilməsi ilə bağlıdır.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top