"Rusiya və Ukrayna arasında atəşkəs müzakirələri ikinci plana keçib"— ÇAVUŞOĞLU

REGİON 26 may 2022, 21:40
“Ukrayna danışıqları dayandırdığını elan edib. Hazırda döyüş meydanında mübarizə gedir”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda əsas məsələ əsirlərin dəyişdirilməsidir:
“Rusiya və Ukraynadakı hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır. Atəşkəs müzakirələri ikinci plana keçib və döyüşlər davam edir. İtaliyanın təşəbbüslərinin nədən ibarət olduğunu tam bilmirik. Bu mövzuda heç kimlə rəqabət aparmırıq. Kim sülh üçün səy göstərirsə, ona dəstək olmağa hazırıq”, - deyə Çavuşoğlu bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top