Hərbi təyyarəçilərimiz “TEKNOFEST-Azərbaycan”da ilk uçuşlarını icra etdi — FOTOLAR

HƏRBİ 26 may 2022, 18:02
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında ilk uçuşlarını icra edib.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top