Qubada torpaq sürüşməsi oldu

HADİSƏ 26 may 2022, 15:39
Qubada torpaq sürüşməsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.

Torpaq və qaya parcalarının sürüşməsi nəticəsində əsas qaz xətti, rabitə və elektrik kabellərinə zərər dəyib.

Hadisənin fəsadları aidiyyəti qurumlar tərəfindən aradan qaldırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top