Deputat: “Bayram günlərinin azaldılmasının tərəfdarı deyiləm”

GÜNDƏM 26 may 2022, 14:34
Dünyada orta statistik bayram sayı 12,3-12,4-dür. Yəni, inkişaf etmiş dünya ölkələri bu qədər bayram edirlər. Azərbaycanda isə 20 gün bayram, 1 gün  hüzn günü hesab edilir. Bəzi ekspertlər hesab edir ki, bu qədər qeyri-iş günləri Azərbaycan iqtisadiyyatına böyük zərbə vurur və bayram günləri nizama salınmalıdır. Bəs, bu qədər bayram günlərinə ehtiyac varmı?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bayram günləri vətəndaşlarımızın rahat dincəlmələri üçündür. Deputat hesab edir ki, ölkəmizdə bayram günləri o qədər də çox deyil:

“Əgər biz bayram günlərimizi başqa ölkələrlə müqayisə etsək, haradasa orta yerdəyik. Elə ölkələr var ki, yeni il ərəfəsində 20-25 gün bayram edirlər. Ona görə, mən belə düşünmürəm ki, bizdə bu say o qədər də çoxdur. Bayram günləri onun üçündür ki, insanlar ailələri, qohum-əqrəbaları ilə bir yerdə vaxtını keçirə bilsinlər və rahat dincələ bilsinlər. Ona görə də, bayram günlərinin azaldılmasının tərəfdarı deyiləm. Yəni, insanlara imkan yaratmaq lazımdır ki, dincəlsinlər. Bu, mənim şəxsi fikrimdir“.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top