Xəzər Universiteti: Yeməkxananın divarında asılan elan qanunsuz olduğuna görə götürüldü

SOSİAL 26 may 2022, 11:32
Xəzər Universiteti təhsil müəssisəsinin yeməkxanasının divarında asılan şəkilin müzakirələrə səbəb olmasına münasibət bildirilib.

Universitetinin İctimai Əlaqələr və Media şöbəsinin direktoru Əlövsət Əmirbəyli Pravda.az-a açıqlamasında deyib ki, elan divardan götürülüb:

“Bu qanunsuz atılmış bir addım idi və burada yeməkxana müdri sələhiyyət həddini aşıb. Bu məsələ ilə bağlı o, bu gün rektorluğa çağrılıb və bununla bağlı lazımi tədbir görüləcək. Bizim xəbərimiz olsaydı, heç vaxt imkan verməzdik. Ümumiyyətlə tələbəyə töhmət vermək yeməkxana müdrinin səlahiyyət həddinə aid deyil və bunu yalnız rektorluq edə bilər” – o qeyd edib.

Qeyd: Sözügedən elanda bildirilirdi ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət veriləcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top