Oqtay Qasımov: “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsidir”

GÜNDƏM 25 may 2022, 17:17
 “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsidir”

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq qeyd edib ki, bu münasibətlər xüsusən 44 günlük Vətən savaşından sonra daha da güclənməyə başlayıb:

“Bu savaş ərəfəsində və ondan sonrakı dövrdə  Türkiyənin birmənalı şəkildə Azərbaycanın yanında olması, işğala qarşı öz mövqeyini açıq şəkildə bildirməsi və Azərbaycanı müdafiə etməsi kimi amillər bu əlaqələri daha da inkişaf etdirdi. Təbii ki, bu münasibətlər həm Türkiyə, həm də Azərbaycan üçün olduqca vacibdir. Azərbaycan üçün ona görə vacibdir ki, Türkiyə regionun ən önəmli ölkələrindən biridir və son illər inkişaf yoluna qədəm qoyub. Xüsusilə, Türkiyənin müdafiə sənayesində yüksək texnologiyalar sayəsində əldə etdiyi uğurlar onun dünya arenasında rolunu və potensialını gücləndirir”.



Politoloq Türkiyənin artıq regionun ən önəmli ölkələrindən birinə çevrildiyini vurğulayıb:

“Hər iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyi, suverenliyinin möhkəmləndirilməsi baxımından olduqca önəmli sənəddir. Əlbəttə ki, Azərbaycan Türkiyənin türk dünyasına açılan qapısıdır. Orta Asiya və şərqə doğru yollar Azərbaycan üzərindən keçir. Bu baxımdan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bu münasibətlərin zirvəsidir. Çünki hər iki ölkə üçün çox önəmlidir. Əlbəttə ki, Türkiyə və Azərbaycan arasında münasibətər hər zaman inkişaf edib və bundan sonra da belə davam edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top