Şahin Mustafayev haqqında ermənilərin çəkdiyi film — VİDEO

REGİON 25 may 2022, 16:31
Dünən – mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib.

Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər.

Azərbaycan tərəfindən Şahin Mustafayevin komissiyanın sədri təyin olunması erməni mediasında xüsusi vurğulanıb.

Xatırladaq ki, Şahin Mustafayevin ailəsi münaqişə başlayandan sonra Ermənistanı tərk edib. Hazırda onun sinif yoldaşları, müəllimləri, kəndçiləri onu yaxşı xatırlayır.

Bir neçə il əvvəl erməni jurnalist Tatul Hakopyan Şahin Mustafayev haqqında film də çəkmişdi. 

Həmin filmi təqdim edirik:



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top