Xırdalanda bina yandı — YENİLƏNİB

HADİSƏ 25 may 2022, 11:55
Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Sakinlər binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, hadisəyə elektrik qutusundakı qısaqapanma səbəb olub.

***11:29

Xırdalanda yaşayış binasında yanğın başlayıb.


“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Abşeron Gənclər Şəhəriciyində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top