ABŞ-da orta məktəbdə atışmada ölənlərin sayı 21-ə çatdı

DÜNYA 25 may 2022, 08:30
ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışmada 18 uşaq və 3 böyük şəxs həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə CNN xəbər verir.

Daha əvvəl CBS televiziya şirkətinin yerli bölməsi qubernator Qreq Abbota istinadən Yuvald şəhərində ibtidai məktəbdə atışma nəticəsində azı 14 şagirdin və 1 müəllimin öldüyünü bildirib.

Abbotun sözlərinə görə, məktəbdəki atışmanı yerli sakin, 18 yaşlı Salvador Romas törədib, onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir. "O, 14 tələbəni güllələyib, bir müəllimi də öldürüb", - qubernator deyib.

Bundan əvvəl iki məktəblinin öldüyü barədə məlumat yayılmışdı. ABC-nin tibbi mənbələrə istinadən verdiyi məlumata görə, 10-dan çox yaralı var.

Qeyd edilir ki, 13 məktəbliyə tibbi yardım göstərilir, onlardan ikisi San-Antonio şəhərindəki xəstəxanaya çatdırılıb. Bundan əlavə, 45 yaşlı yetkin şəxs güllə yarası alıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top