“Rusiya ilə bərabər, Avropa İttifaqı da bataqlığa çəkilir” — ŞƏRH

GÜNDƏM 24 may 2022, 19:59
“Bölgədə baş verən proseslər yeni dünya düzəni ilə bağlı olan məsələlərdir”. 

 Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. 

“Bilirsiniz ki, hal-hazırda dünyanın üç böyük imperiyası var. Bunlar Çin, Rusiya və ABŞ imperiyasıdır. Hazırda dünya düzənində ABŞ iki dövlətin çökməsində daha çox maraqlıdır. Bunlar Çin və Hindistandır. Çox təəssüf ki, Rusiya da ABŞ-ın bu oyununa düşdü. Çünki bu yaxınlarda ABŞ-ın 2012-14-cü illərdə Rusiyada olmuş səfiri F.Antoni belə bir açıqlama verdi ki, biz Ukraynanı çox ustalıqla aldatdıq və onları inandırdıq ki, siz NATO-ya girməlisiniz. Bilirdik ki, bu, Rusiyanın ən zəif yeridir. Rusiyanı bu müharibəyə cəlb etdiklərini açıq şəkildə etiraf etdi. Görünən oyun budur ki, Rusiya-Ukrayna müharibəsinin siyasi arxitekturu ABŞ-dır. Onun mərkəzi kəşfiyyat idarəsidir. Gedən proses də bunu göstərir ki, burada Rusiya ilə bərabər, həm də Avropa İttifaqı da bu bataqlığa çəkilir. Təəssüf ki, Avropa İttifaqı birmənalı şəkildə olmasa da müəyyən əsas qüvvələr ABŞ-ın bu provaksion siyasətinə uyub. Artıq təxribatın içindədirlər, bunlar oradan qurtula bilməyəcəklər. Axırıncı təxribatda Finlandiya və İsveç məsələsidir”. 

“Onlar ehtiyat edir ki, birdən Rusiya-Ukrayna müharibəsi qurtarar. Ona görə Rusiya üçün yeni bir tələ hazırlayırlar. Bu, Finlandiyadır. Bundan başqa, Moldova, Latviya da namizədlikdə var. Yəni, bunlar çalışırlar ki, Rusiya uzunmüddət müharibə etsin. Ə.slində bu müharibənin qalibi olmayacaq birmənalı şəkildə. Ukrayna dövlət kimi çöküb. Bunu nə qədər desək də ki, Ukraynanın qalibiyyətindən danışmaq çox sadəlövhlük olardı. Zelinskinin təcrübəsizliyindən istifadə edib Ukraynanı böyük bir oyuna saldılar”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top