Ata ehtiyatsızlıqdan oğlunu öldürdü

HADİSƏ 23 may 2022, 23:40
Lənkəranda ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində doqquz yaşlı uşaq ölüb.

Mərhumun yaxınları əsəblərini cilovlaya bilməyib xəstəxananın həkimi Cəmil İbadullayevə və mühafizəçi, polis serjantı Yusif Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hadisə ilə bağlı açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, dünyasını dəyişən şəxsin qardaşı Mərkəzi Xəstəxanada xidmət personalı ilə mübahisə edib, iki nəfərə xəsarət yetirib. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Müvafiq ekspertizalar təyin edilib.

Təfərrüat ətraflı araşdırmanın nəticəsində müəyyən olunacaq və məsələyə hüquqi qiymət veriləcək./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top