Biləsuvarda traktor aşıb, xəsarət alanlar var

HADİSƏ 23 may 2022, 21:06
Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

"Report"un Muğan bürosu xəbər verir ki, qəza Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, traktor yoldan çıxaraq aşıb. Nəticədə traktorun sürücüsü, rayon sakini, N.Hümbətov və onun sərnişini xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top