DYP avtomobili qəza törətdi, xəsarət alanlar var

HADİSƏ 23 may 2022, 18:31
Bakıda Heydər Əliyev prospekti-aeroport şosesində yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, aeroport yolunda “Toyota-Prius” markalı avtomobil xidmətdə olan DYP əməkdaşlarının avtomobilinə çırpılıb.

Nəticədə DYP-nin 2 əməkdaşı və “Toyota-Prius” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top