Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

İNFRASTRUKTUR 23 may 2022, 15:13
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlıiyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı–Şuşa–Bakı istiqamətində reyslərin sayının artırılmasını qərara alıb.

Demorkat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı–Şuşa–Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə 5 dəfə səfər edə biləcəklər.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top