Zelenski Ukraynanın qələbəsindən sonra bu ölkəyə gedəcək

DÜNYA 23 may 2022, 00:07
Ukrayna Prezident Volodimir Zelenski Ukraynanın Rusiya təcavüzünə qarşı müharibədə qələbəsindən sonra ilk xarici səfərlərindən birinin ölkə üçün xüsusilə faydalı olan Polşa şəhərlərinə səfər edəcək.

Demokrat.az
publika.az-a istinadən xəbər verir ki, bu barədə V.Zelenski Polşa Prezidenti Anjey Duda ilə keçirdiyi birgə brifinqdə məlumat verib.

"Təəssüf ki, bu gün müharibə səbəbindən ya humanitar qovşaq kimi mövcud olan bəzi şəhərlərə, ya silah-sursat qovşağına, ya da insanlarımızı, xüsusən də qadınları, uşaqları qəbul edən gözəl şəhərlərə getmək imkanım yoxdur. Bu gün gedib bu insanlara, bu şəhərlərə təşəkkür etmək imkanım yoxdur. Amma əminəm ki, qalib gələndən sonra bu, mənim səfər etməkdən xoşbəxt olacağım ilk şəhərlərdən bəziləri olacaq", - Ukrayna lideri qeyd edib.
Ətraflı

Zelenski həmçinin Polşanı Ukraynanın yenidən qurulmasına kömək edəcək dövlətlərin liderləri arasında gördüyünü bildirib:

"Ukraynanı xalqımızla, yeni keyfiyyətdə infrastrukturla qurmaq üçün biz Aİ-ni, ABŞ-ı, bütün dostlarımızı birləşdirməliyik. Biz Polşanı da Ukraynanın yenidənqurma proqramında yer alacaq ölkələrin liderləri arasında görürük".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top