Avropa çempionatı: Olimpiya çempionumuz medal qazandı

İDMAN 22 may 2022, 22:47
Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə Avropa çempionatı başa çatıb.

Demokrat.az
xəbər verir ki, Böyüklər arasında Avropa çempionatında yeganə medalı olimpiya çempionumuz Radik İsaev 87 kq-dan yuxarı çəki dərəcəsində qazanıb. Titullu taekvondçumuz yarışın bürünc mükafatına sahib çıxıb.

Parataekvondo üzrə yığma komandamız Avropa çempionatında üç medala layiq görülüb.

Qitənin əsas yarışında parataekvondoçularımızdan İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K-44 58 kq) və Sadiq Həmidov (K-44 63 kq) bürünc medallar əldə ediblər.

Zamiq
Demokrat.az


 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top