Vahid Ələkbərov: “Neft embarqosu bütün tərəflər üçün ən mənfi ssenari olacaq”

İQTİSADİYYAT 22 may 2022, 18:59
Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərov Avropa İttifaqının neft tədarükünə embarqo tətbiq etmək qərarının mümkün nəticələrini şərh edib.

Oxu.az-ın “Financial Times”a istinadən xəbərinə görə, o, bildirib ki, əgər bu baş verərsə, nəinki yaxın, heç orta müddətli perspektivdə də Rusiya neftini əvəz etmək mümkün olmayacaq.

İş adamı hesab edir ki, embarqo olarsa, Rusiya 2020-ci ildə pandemiyanın başlanğıcında olduğu kimi hasilatı azaltmalı, quyuları dondurmalı olacaq. Belə ki, bütün Avropa üçün nəzərdə tutulmuş həcmi bir gecədə başqa bazarlara yönləndirmək mümkün olmayacaq.

Ələkbərovun sözlərinə görə, Rusiya neftinə embarqo hamı üçün şok və bütün tərəflər üçün ən mənfi ssenari olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top