“Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni alternativ mənbədir” — ŞƏRH

SƏNAYE VƏ ENERGETİKA 22 may 2022, 17:15
“Azərbaycan regional təhlükəsizliyə töhfə verən ölkələrdəndir. Xüsusən nəzərə alsaq ki, həm regionun, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın xüsusi rolu var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. 

Deputat vurğulayıb ki, indiki halda Avropa inkişaf etmiş ölkələr üçün təhlükəsizlik deyəndə ilk olaraq enerji təhlükəsizliyi diqqətə çatdırılır:

“Xüsusən də, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Avropa İttifaqı enerji təhlükəsizliyi məsələləri daha da aktuallaşıb. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni alternativ mənbədir. Nəzərə alaq ki, bu ilin ilk üç ayında Azərbaycan Avropa İttifaqına ixrac etdiyi mavi qazın həcmində 2,5 dəfə artım qeydə alınıb. Ötən il Avropaya 9 milyard kubmetrə qədər mavi qaz nəql olunub. 2022-ci ildə bu rəqəm 10 milyard kubmetrdən çox olacaq”.

“Cənubi Qafqaz dəhlizinin ikinci fazasında 20 milyard kubmetrə yaxın mavi qaz Avropaya çıxarılacaq. Bu baxımdan təbii ki, bütövlükdə rəqəmlərdə göstərir ki, Azərbaycan regional bazarlarda xüsusi töhfəsi olan xüsusən enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkədir. Bu kontekstdən də təbii ki ABŞ prezidenti Co Baydenin məktubdakı qeydlərini qiymətləndirmək lazımdır. Əslində son məktubda qeyd olunan məsələlər göstərir ki, Azərbaycanın regiondakı mövqeyi, regional proseslərə töhfəsi və yalnız qlobal bazarlarda deyil, eyni zamanda qlobal terrorizmə qarşı mübarizədəki rolu, inkişaf etmiş ölkələr, o cümlədən ABŞ tərəfindən xüsusi qiymətləndirilir” - - deyə millət vəkili qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top