Səudiyyə Ərəbistan kralı Azərbaycan Prezidentini təbrik etdi

XARİCİ SİYASƏT 21 may 2022, 18:42
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Demokrat.az
xəbər verir ki, təbrikdə deyilir:

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanının Kralı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top