Son sutkada koronavirusa 1 nəfər yoluxdu

SOSİAL 21 may 2022, 17:36
Azərbaycanda koronavirusa 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 708 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 950 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 48 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 587, bu günə qədər isə ümumilikdə 6 869 996 test icra olunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top