Van Dammın oğluna azərbaycanlı həyat yoldaşından təbrik: “Səninlə altı il dost olduq”

ŞOU-BİZNES 21 may 2022, 11:58
Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın 35 yaşı tamam olub.

Krisin azərbaycanlı həyat yoldaşı Suada Hacızadə onu ad günü münasibətilə təbrik edib.

Pianoçu təbrik videosu yayımlayaraq Krisi çox sevdiyini və ömür boyu onun yanında olacağını vurğulayıb:

“Mənim sevimli həyat yoldaşımın artıq 35 yaşı var. Həmişə yanında olacağam, biz birlikdə güclüyük. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Səninlə altı il dost olduq. İki ildir isə bir-birimizi sevirik. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm”.

Qeyd edək ki, Suada ilə Kris ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.
 


Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top