Bakıda azyaşlı bacıları maşın vurdu

HADİSƏ 21 may 2022, 11:19
Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən, 2007-ci il təvəllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı, 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top