Zelenski: “Onlar mədəniyyəti, təhsili, insanlığı özlərinə düşmən seçiblər”

GÜNDƏM 20 may 2022, 22:36
Prezident Volodimir Zelenski mədəniyyət evlərini və ya Ukrayna muzeylərini hədəfə alan işğalçıları pis və axmaq insanlar hesab edir. Prezident öz “Telegram” kanalında Xarkov vilayətinin mədəniyyət evinin raketlə vurulmasına bu sözlərlə reaksiya verib.

“Xarkov vilayəti. Lozovaya şəhəri. Rusiya raketi yeni rekonstruksiya edilmiş mədəniyyət binasına zərbə endirib. 7 qurban, o cümlədən 11 yaşlı uşaq.
İşğalçılar mədəniyyəti, təhsili, insanlığı özlərinə düşmən kimi təyin ediblər. Bunun üçü də nə raket, nə də bomba əsirgəmirlər. Belə hədəfləri seçən insanların ağlında nə var? Mütləq şəkildə pislik, mütləq axmaqlıq”, – deyə Ukrayna prezidenti qeyd edib.

Xilasedicilərin verdiyi məlumata görə, atəş nəticəsində bina qismən dağılıb, damın qızdırıcısı  yanıb.

Yanğının saat 15.25-də operativ şəkildə söndürülməsinə nail olunub.

Lozovadakı Mədəniyyət Evi 2021-ci ildə Prezidentin “Böyük tikinti” proqramı çərçivəsində yenidən qurulmuşdu.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top