ABŞ-da 30 qadını aldadan dələduzu 30 il həbs gözləyir

DÜNYA 20 may 2022, 21:00
ABŞ-da 30 qadını aldadan dələduz kişi həbs edilib.

Demokrat.az xəbər verir ki, ABŞ-da Brian Vedqevorts adlı kişi özünü qadınlara həkim kimi təqdim edərək onların 1,3 milyon dollardan çox pulunu ələ keçirib. 

Hakim qarşısına çıxarılan Brian ona yönələn 25 ittihamın hamısını qəbul etdiyini bildirib.

Məhkəmədə onun qadınlardan təkcə pul deyil, həmçinin qızıl və saat kimi qiymətli əşyalar da istədiyi bildirilib.

İndi dələduz amerikalını işlədiyi cinayətlərdən dolayı 30 il həbs gözləyir.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top