Mayın sonlarında maqnit qasırğası olacaq

SOSİAL 20 may 2022, 12:57
Son günlər əksər insanlar özlərini narahat hiss edir. Belə hallarda, onlar vəziyyəti yaxşılaşdırmaq üçün havaya çıxırlar. Lakin, əksinə evdə qalmaq məsləhətdir. Çünki yer kürəsini maqnit qasırğası bürüyüb. Günəşdə aktivliyin artması nəticəsində mayın son 10 günündə cüzi dalğalanmalar gözlənilir. Mayın 24-də mülayim maqnit qasırğası, mayın 25-27-də isə Yerin geomaqnit sahəsində kifayət qədər güclü həyəcanlanma olacağı proqnozlaşdırılır. 

Bu barədə Demokrat.az-a coğrafiya elmləri doktoru Rza Mahmudov məlumat verib: 

“Tutaq ki, zəlzələ 12 ballıq sistemlə ölçülür, bu isə 0-9 arasında dəyişir. 0-4 arasında göstərici kiçik həyəcanlanmadır. 5-7 arası bu artıq firtina sayılır. Zəif fırtına 5-6, 7 isə güclü fırtına deməkdir, 8-9 bunlar qasırğa adlanır. Ən yüksək halda mayın 25-də zəif maqnit fırtınası 5 ballıq olacaq. Ondan sonrası 4 olacaq. Ancaq bu o demək deyil ki, bundan həyəcanlanmaq lazımdır.”



Maqnit qasırğaları günəşin partlaması nəticəsində Yerin maqnit sahəsində yaranan pozuntulardır. Bu cür dalğalanmalar rabitə sistemlərinin işinə, eləcə də insan sağlamlığına mənfi təsir göstərə bilər.

“May ayı digər aylara nisbətən belə qasırğaların təkrarlanması ilə xarakterizə olunur. Və onu da qeyd edim ki, o 8-9 ballı olanlar 5-6 ildən, 10 ildən bir ola bilir. Hətta o ekstremal qasırğalarda nəinki insanlar, hətta yerdə bəzən o texniki cihazlar avadanlıqlar, kompyuterlər təyyarədə naviqasiya məsələləri hətta bunları da sıradan çıxartmağa qadirdir. Maqnit qasırğalarının tədqiqi həkimlər, meteohəssas insanlar üçün olduqca vacibdir. Həkimlər üçün xüsusən niyə? Çünki həkimlər əməliyyat edirlər, əməliyyatda xəstə özünü narahat hiss edir. Ancaq həkimlər məlumatlı olmaya bilər ki, həmin günü maqnit qasırğası var.”

Maqnit qasırğalarının daha güclü təsirini meteohəssas və yaşlı insanlar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar hiss edirlər. Fırtınalı günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələlərdə və oynaqlarda ağrı, yuxusuzluq halları ola bilər. Terapevt Sübhan Hacıyev deyir ki, ürək və tənəffüs yolu xəstəlikləri olan insanlar belə günlərdə özlərini narahat hiss edirlər. 

“Birinci növbədə ürək və tənəffüs yolu xəstəlikləri olan insanlardır ki, bunlarda ciddi şəkildə atmosferdə olan dəyişikliklər bu insanlara təsir göstərir. Ürək damar xəstəlikləri olanlar, miokard infaktı keçirənlər. Arterial dipertuzası olan insanlarda bu özünü necə göstərir. Təzyiq artacaq. Ürəkdə sıxılmalar yaranır hava çatışmazlıqları olur.”

Belə insanlara xüsusi ilə günəş altında gəzmək olmaz olmaz. Sərin yerdə vaxt keçirmək və gün ərzində 2 litrədək maye qəbul etmək tövsiyə olunur.  

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top