Ermənistanda generalın oğlu həbs olundu — FOTOLAR

REGİON 20 may 2022, 10:53
KTMT-nin keçmiş Baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.

Demokrat.az xəbər verir ki, İqor Xaçaturov polis əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham edilərək həbs edilib.

Bildirilir ki, İ. Xaçaturov mayın 17-si Ermənistan müxalifətinin təşkil etdiyi etiraz aksiyası zamanı polisin tələblərinə riayət etmədiyi üçün saxlanılıb. İstintaq zamanı məlum olub ki, Xaçaturov insident zamanı narkotik maddənin təsiri altında olub.

Onun nə qədər müddətə həbs olunduğu barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, İqor Xaçaturov 2020-ci ilin dekabrında Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək üçün keçirilən aksiya zamanı da saxlanılmışdı.

Bununla yanaşı, Y. Xaçaturovun digər oğlu, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri general-mayor Qriqori Xaçaturov 2021-ci ildə Paşinyanın istefasını tələb etdiyinə görə vəzifəsindən azad edilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top