15 yaşlı oğlan anasını öldürdü, qonşularını yaraladı — FOTO

REGİON 19 may 2022, 19:13
Türkiyədə dəhşətli olay baş verib.

Demokrat.az xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində 15 yaşlı oğlan ov tüfəngi ilə anasına atəş açıb.

Daha sonra silah səsini eşidib onlara yaxınlaşan qonşularını güllələyib.

Qadın hadisə yerində keçinib. Onun 3 qonşusu isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 15 yaşlı oğlanın atası ilə anası bir il əvvəl boşanıblar. Oğlan atası ilə qalırmış.

Hüquq-mühafizə orqanları olayın səbəbini araşdırırlar.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top