Elmira Axundova haradadır?

GÜNDƏM 19 may 2022, 17:10
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova saytımıza bildirib ki, səfirlik Kiyevdə fəaliyyətini bərpa edib. Açıqlamadan sonra sosial şəbəkələrdə səfirin harada olması ilə bağlı müzakirələr başlayıb. İddia edilib ki, E.Axundova Bakını tərk etməyib.

Pravda.az-ın əməkdaşı Elmira Axundova ilə əlaqə saxlayıb.

O, səfirliyin Kiyevdə fəaliyyətini davam etdirdiyini bir daha qeyd edib.

Bakıda olub-olmaması ilə bağlı suala “Hələ ki bu məsələ ilə bağlı danışmağa ehtiyac yoxdur” cavabını verib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top