Əflatun Amaşov: “Qadirin durumu ilə bağlı dövlət qurumları ilə də danışmışam”

MEDİA 19 may 2022, 14:47
“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımız Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.

Demokrat.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O, qeyd edib ki, məsələ ilə bağlı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxlanılıb: “Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək”.

Qeyd edək ki, tanınmış jurnalist Qadir İbrahimli reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər sirrozundan əziyyət çəkdiyi bildirilir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top