"Ayntraxt" Avroliqanın qalibi oldu

İDMAN 19 may 2022, 01:54
UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Demokrat.az
xəbər verir ki, final matçında Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçda qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda baş tutan görüşdə penaltiləri dəqiq yerinə yetirən Almaniya təmsilçisi Avropa Liqasının qalibi adını qazanıb. 

UEFA Avropa Liqası
Final
18 may


"Ayntraxt" (Frankfurt, Almaniya) - "Reyncers" (Qlazqo, Şotlandiya) 1:1 (penaltilərlə 5:4)
Qollar:
Borre, 69 - Aribo, 57

“Ayntraxt”: 1. Kevin Trapp, 33. Tuta (Makoto Hasebe 59) 18. Almami Ture, 2. Evan Ndika (Kristofer Lentz 100), 36. Ansqar Knauf, 8. Cibril Sou (Aydın Hrustiç 106), 17. Sebastian Rode (Kristian Yakiç 90), 10. Filip Kostiç, 29. Yesper Lindstrom  (Yens Petter Hauge 70), 15. Daiçi Kamada, 19. Rafael Santos Borre

“Reyncers”: 1. Allan Makqreqor, 2. Ceyms Tavernier, 3. Kalvin Bassi, 6. Konnor Qoldson, 31. Borna Barışiç (Ruf, 117) 18. Qlen Kamara (Skott Qarfild 91), 8.Rayan Cek (Stiven Deyvis 74), 4. Con Lundstram, 14. Rayan Kent, 17. Coe Aribo (Ceyms Sends 101), 23. Skott Rayt (Feşn Sakala 74, Aaron Remzi 117)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
​Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top