İrəvan polisi 352 etirazçını saxladı

REGİON 18 may 2022, 14:50
Ermənistan paytaxtında hökumətin istefası tələbi ilə keçirilən itaətsizlik aksiyaları davam edir.

Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyaları zamanı artıq 352 iştirakçını saxlayıb. Bu barədə Sputnik Ermənistan-ın müxbirinə hüquq-mühafizə orqanının mətbuat xidmətindən bildiriblə:“Günortaya olan məlumata görə, 352 nəfər polis bölmələrinə aparılıb”.

Bundan əvvəl məlumat verilmişdi ki, saxlanılanların çoxu tək İrəvanda deyil, Abovyan, Hrazdan, Artaşatda da polis şöbələrinə aparılır.

Səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir: etirazçılar vaxtaşırı yolları bağlayır, yürüşlər keçirirlər. Müxalifətin “Müqavimət” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top