Oqtay Əliyev: “Məktəblərdə hər qələti edirlər”

ŞOU-BİZNES 17 may 2022, 16:50
“Cəbiş müəllimlərimiz yetərincədir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Soy” prodakşnın rəhbəri, tanınmış rejissor Oqtay Əliyev deyib.

Xatırladaq ki, son zamanlar məktəblərlə bağlı qalmaqallar artıb. Hər gün müxtəlif rüşvət iddiaları ortaya çıxır. Müəllim-şagird münasibətləri də o qədər yaxşı deyil. Sual yaranır ki, niyə indi mənafeyini güdmədən uşağın qayğısına qalan Cəbiş müəllimlər yoxdur?

Oqtay Əliyevin sözlərinə görə, şagirdlər indi müəllimin gücsüz olduğunu düşünürlər:

“Bizim belə müəllimlərimiz yetərincədir. Sadəcə olaraq problem uşaqlardadır. 20-30 il bundan öncə valideynlər ancaq birinci sinif uşağını məktəbə aparardılar. Qalan siniflərdə uşaq özü məktəbə gedərdi. Ayda bir dəfə valideyn iclası keçirilirdi. Valideynin məktəbə getməyi uşaq üçün böyük həyəcan idi. Düşünürdülər ki, valideyn gələcək, müəllim nəsə deyəcək.

İndi valideynlər bütün günü məktəbdədirlər. Müəllimlə mübahisə edirlər. Uşaq gəlib, valideynə deyir ki, müəllim mənə bu sözü dedi. Valideyn qayıdıb deyir ki, “müəllim, qələt edir, gedib onu pəncərədən ataram”. Uşaq evdə gördüyü və eşitdiyindən müəllimənin gücsüz oldğunu başa düşür”.

O.Əliyev qeyd edib ki, valideynlər sanki uşaqlarını məktəbə başlarını bir neçə saat dinc etmək üçün göndərirlər:

“Müəllimlərə hörmətsizlik edən uşaqların videosu yayılanda o qədər təsir etdi ki, az qala gedib, o uşağın qulağın buracaqdım. Belə olmaz.

Ola bilər ki, müəllimlər də uşaqlarla pərdəni götürüblər. Onlarla zarafat edirlər. Uşaqlar həddləri aşıblar. Çox təəssüf ki, bu özəl məktəblərdə deyil, dövlət məktəblərin də daha çox müşahidə olunur. Sanki məktəbə uşağı göndərirlər ki, get evdə olma, başını qat gəl. Aralarında yaxşı uşaqlar da var. Lakin onları da məhv edirlər. Onlar düşünür ki, müəllimə nə istəsələr, edə bilərlər. Müəllimlər bu olanlara görə bir addım geri çəkiliblər. Uşaqlar isə bir addım öndədirlər”.

Oqtay Əliyevin fikrincə, müəllim adını, sanını, şöhrətini geri qaytarmaq lazımdır:

“Müəllimləri hörmətdən, sanbaldan saldılar. Hamımıza müəllim cəza verib. Bunlar olub. İndiki valideynlər elə bilir ki, müəllimlər uşaqlarının dərisini soyur. Müəllimin üstünə hücum edirlər.

Sinifdə siqaret çəkənlər var. Biz bunları görürük. Günah şagirdi bu şəkildə məktəbə göndərəndədir. Məktəblərdə nələr etmirlər. Hər bir qələti edirlər. Müəllimlərin adını, sanını, şöhrətini geri qaytarmaq lazımdır.. Qorxu, hürkü lazımdır. Avropada sinifdə siqaret çəkənin özünə də, valideyninə də cəza verirlər. Bizdə isə elə deyil”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top