Bakının Qaradağ rayonunda 2000-ci il təvəllüdlü Mühəmməd mübahisə zamanı Eşqini bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mühəmməd 26 aprel 2021-ci ildə, saat 23.00-da Lökbatan qəsəbəsində yerləşən “Şuşa” kafesinin 3 nömrəli kabinetində olarkən əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Eşqinə zəng edib. Ondan tanışı “Rüstəm"in Anar adlı şəxsə 5.000 manat borcunun olması və həmin borcu sonuncuya ödəməsini tələb etməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə onu həmin kafeyə dəvət edib.
Kafeyə gələn Eşqin “Rüstəm” adlı şəxsin heç kimə borclu olmadığını, Anarın hər hansı məbləğdə pul ödəməyəcəyini bildirib. Buna görə aralarında mübahisə yaranıb. Bu vaxt Mühəmməd Eşqini bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Mühəmmədin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mühəmməd özünü qismən təqsirli bilib. O deyib ki, ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilib.
Müəhəmmədin sözlərinə görə, aprelin 26-da onun istifadəsində olan mobil nömrəyə yadında qalmayan rus nömrəsindən dostu Yaqub zəng edib və Lökbatan qəsəbəsində yaşayan Anar adlı şəxsə öz qohumu Rüstəm adlı şəxsin guya 5.000 manat borcu olduğunu və bu səbəbdən də Rüstəmin problemi yarandığını deyib: “Yaqub ona əslində Rüstəmin Anara heç bir borcunun olmadığını və Anarın əsassız yerə Rüstəmdən pul tələb etdiyini bildirdi. Yaqub mənə Eşqin adlı şəxsin də Rüstəmi söhbətə çağıraraq 5.000 manat pulu Anara çatdırmasını ondan tələb etdiyini bildirdi. Yaqub bunu dedikdən sonra Rüstəmə kömək etməyi məndən xahiş etdi. Sonra Rüstəm də mənə Anara heç bir borcunun olmadığını və Anarın əsassız yerə ondan pul tələb etdiyini bildirdi”.
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Yaqubun xahişinə əsasən Rüstəmə kömək etmək, yəni pul söhbətini yoluna qoymaq üçün Eşqinin mobil telefon nömrəsini taparaq zəng edib: “Özümü Eşqinə Mühəmməd kimi təqdim etdim. Eşqinlə telefonla danışdığı zaman Rüstəmin borc məsələsinə görə zəng etdiyimi bildirdim. Rüstəmdən hansı səbəbdən əsassız şəkildə pul tələb etdiyini Eşqindən soruşdum. Eşqin də görüşməyi təklif etdi. Mən də öz növbəmdə Eşqini kafedə görüşə dəvət etdim. Sonra dostlarım ilə birlikdə “Şuşa” kafesinə gəldik. Eşqini də həmin kafeyə dəvət etdim. Həmin kafeyə Eşqindən daha tez çatdım. Kafenin üçüncü kabinetində dostları Elçin, Yusif, Qafar, Raul və Tural ilə oturmuşdum. Təxminən saat 23.00-da Eşqin yanında dörd nəfər dostu ilə birlikdə bizim olduğumuz kafeyə gəldi. Sonra dostlarım ilə birlikdə Eşqinlə və sonuncunun dostları ilə söhbət etməyə başladıq. Eşqinlə söhbət edərək sonuncudan hansı səbəbə görə Rüstəmdən əsassız yerə 5.000 manat tələb etdiyini soruşdum. Eşqin də cavabında “Rüstəm Anara borcludur, qoy Rüstəm gətirsin pulu versin” dedi. Bu vaxt Eşqinə zəng gəldi. Eşqin telefonla danışmaq üçün bayıra çıxdı. Təxminən 5 dəqiqədən sonra Eşqin geri qayıdaraq dostu Gürselin sol arxa tərəfində ayaq üstə dayandı. Biz yenidən söhbət etməyə başladıq. Eşqin səsini mənə qarşı qaldırdı. Eşqinə hansı səbəbdən mənimlə yüksək tonla danışdığını soruşdum. Eşqin də cavabında “əcəb edirəm” dedi. Eşqinin səsini qaldırmasından və mənə “əcəb edirəm” deməsindən sonra əsəbiləşdim. Bel nahiyəmdə gizlətdiyim bıçağı çıxararaq Eşqinin sinə nahiyəsindən 1 dəfə vurdum. Eşqin bıçaqla vurduğumu görmədi. Eşqin onu yumruqla vurduğumu güman etdi. Bir neçə dəqiqədən sonra Eşqin əynində olan köynəyində qan ləkəsini gördü, həyacanlandı və kimin vurduğunu soruşdu. Bu zaman Eşqinə bıçaqla vurduğumu bildirdim. Bunu dedikdən sonra orada olan Eşqinin dostlarından biri məni yumruqla vurdu və zərbənin təsirindən özümü itirərək yerə yıxıldım. Yerə yıxıldıqda əlindəki bıçaq da yerə düşdü”.
Mühəmməd bildirib ki, bundan sonra orada səs-küy yaranıb: “Eşqinin Xəzər adlı dostu 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğunu bildirərək hörmət göstərmələrini və davanı dayandırmağlmızı xahiş etdi. Xəzərin bu sözündən sonra ara sakitləşdi. Birlikdə Eşqini xəstəxanaya apardıq. Həmin ərəfədə yerdən bıçağı götürdüm. Sonra həmin bıçağı xatırlamadığım yerə tulladım. Biz Eşqini xəstəxanaya apararaq təhvil verdikdən sonra polisə getdim. Törətdiyim cinayət əməlini etiraf etdim və könüllü olaraq polisə təslim oldum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Mühəmməd 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az