İrəvandakı aksiyalar geniş vüsət aldı, polis bölmələri etirazçılarla doludur — VİDEO

REGİON 17 may 2022, 14:44
Bu səhər saatlarında İrəvanda müxalifətin itaətsizlik aksiyasının iştirakçıları İrəvanın müxtəlif yerlərində küçələri bağlayıblar.
 
Nümayişçilər Maştots prospektini zibil qutuları ilə bağlayaraq nəqliyyatı iflic ediblər. Az sonra etiraz edən vətəndaşlara polis yaxınlaşıb və polislər qeyri-mütənasib güc tətbiq etməklə aksiya iştirakçılarına qarşı güc tətbiq etməyə başlayıblar. Aksiyada iştirak edən nümayişçilər “Türksüz Ermənistan” şüarları səsləndirməyə başlayıblar. Polis zibil qutularını küçədən çıxararkan qarşı durma dahada qızışıb. Az sonra Qırmızı Berelilər gəlib və digər polis əməkdaşları ilə birlikdə nəqliyyatın hərəkətini açıblar. 

Nümayiş iştirakçıları şəhərin digə Abovyan küçəsində yolları bağlayraq polisin göstərişlərinə əməl etməyiblər. Belə ki, nümayişçilərə qarşı digər yerlərdə göstərilən güc tətbiqi Abovyandakı etirazçılardanda yan keçməyib. Hal-hazırda yürüş iştirakçıların arasında xeyli sayda saxlananlar var.

Məllumatlara görə eaksiya iştirakçıları hava limanına gedən yoluda bağlayıblar.

 Parlamentin vitse-spikeri, “Ermənistan” fraksiyasından olan deputatı İşxan Sağatelyan bildirib ki, hazırda saxlanılan nümayişçilərin sayı o qədər çoxdur ki, şöbələrdə artıq yer yoxdur. İşxan Sağatelyan hazırda nümayişçilər tərəfindən 50-dən çox küçənin bağlandığını və bu rəqəmin durmadan artdığını da bildirib.

İ.Sağatelyan səhər küçələrə çıxan Ermənistan Respublikasının vətəndaşlarına öz dərin minnətdarlığını bildirərək,  Nikolun Ermənistanda gücünun olmamasını   və qəddar polis qüvvələrin xalqa zülm edə bilməyəcəyini bildirib. İ.Sağatelyan əlavə edərək bildirib ki, bu gün soydaşları  ölkədə ikili hakimiyyətin bərqərar olduğunu sübut ediblər, onlar qərar veriblər ki, küçə  nə vaxta qədər bağlanmalıdır. O hesab edib ki, bu gün onlar qarşılarına qoyulan vəzifəni tam şəkildə yerinə yetiriblər. Səhər saat 08:00-dan şəhərdə nəqliyyatın hərəkətinin iflic olduğunu, küçələrin hələ də bağlı olduğunuda vurğulayıb. İ.Sağatelyan bundan sonra yəni saat 11:30-da itaətsizlik aksiyalarının dayandırılmasını təklif edərək, saat 19:00-da Fransa meydanında mitinqin davamının keçiriləcəyini bəyan edib.
 

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top