Azərbaycan Mərkəzi Bankı aktivlərini 4 % artırıb

MALİYYƏ 17 may 2022, 10:14
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 26 milyard 410 milyon 568 min manat təşkil edib.

Demokrat.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 3,6 % çoxdur.

AMB-nin aktivlərinin 17 milyard 362 milyon 276 min manatını borc qiymətli kağızları (illik müqayisədə 6,6 % az), 6 milyard 838 milyon 991 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (21,8 % çox), 1 milyard 258 milyon 160 mi manatını Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (3,4 dəfə çox), 356 milyon 281  min isə banklara verilmiş kreditlər (10,8 % az) təşkil edib.

2021-ci ildə AMB-nin öhdəlikləri 5,8 % artaraq 25 milyard 240 milyon 380 min manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 4 % artaraq 12 milyard 310 milyon 18 min manat, kredit təşkilatları qarşısında öhdəlikləri 2,3 dəfə artaraq 7 440,004 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 18,6 % azalaraq 4 004,637 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3,3 dəfə artaraq 1 milyard 261 milyon 131 min manat olub. 

İl ərzində qurumun balans kapitalı 27,9 % azalaraq 1 milyard 170 milyon 188 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb. 

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top