Hərbi Dəniz Qüvvələrimiz nə vaxt yenilənəcək? — AÇIQLAMA

HƏRBİ 16 may 2022, 20:05
"Azərbaycan öz təhlükəsizliyini təkcə qurudan deyil, həm də dənizdən təmin etməlidir. Bu məsələ ilə bağlı rəsmi və ya qeyri-rəsmi məclislərdə bir çox müzakirələrim olub. Mənimlə razılaşan və razılaşmayanlar da var. Lakin ortada əlahəzirət bir reallıq var".

Demokrat.az xəbər verir ki, bu barədə hərbi ekspert Ramil Məmmədli məlumat verib: 

"Ölkəmiz dənizdə - Xəzərdə öz gücünü artırmalı və Hərbi Dəniz Qüvvələrimiz hövzənin güclü donanmasına sahib olmalıdır. İllərdir bu prosesi izləyən şəxs olaraq demək istəyirəm ki, Rusiya, Qazaxıstan, Türkmənistan və İran qarşısında güclü hərbi donannmaya ehtiyac var. Bunu xüsusi vurğulamaq istəyirəm. Hətta bu gündən gec olmayaraq Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri parkının yenilənməsi işlərinə başlanılmalıdır".

Ekspertin sözlərinə görə, bununla bağlı bir sıra ciddi qərarlar verilməlidir:

" Nəzərə alınmalıdır ki, Azərbaycanın "çörəyi" dənizdən çıxır. Əlbəttə deyə bilərsiniz ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi var və bu işin öhdəsindən gələ bilər. Bu olduqca yanlış fikirdir. Təxminən qvardiya ilə ordunun fərqi qədər...

Qısa arayış verim ki, 10 ildən artıq bir müddətdir ki, Türkiyənin, Fransanın, Niderlandın, Fransanın və digər hərbi gəmi inşası üzrə ixtisaslaşmış şirkətləri öz layihələrini təqdim etsələr də nəticə hasil olmayıb. Səbəblər müxtəlifdir. Burada açıqlamaq niyyətim yoxdur. Mən birmənalı olaraq bu ölkələrin bizim hərbi gəmi inşası layihələrində iştirak etməsinin əhəmiyyətini söyləmirəm. Mənim üçün kimin etməsi yox, bunun edilməsinin vacibliyi əsasdır.

Ümid edirəm ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yenilənməsi və güclənməsi üçün bu il qərar veriləcək".


Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top