Azərbaycanın kişi qrossmeysterlərinin sayı 27-ə çatdı

İDMAN 16 may 2022, 16:31
Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, Sloveniyadakı şəxsi Avropa çempionatından sonra Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşüb.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top