“Etirazlar Paşinyanın özü tərəfindən təşkil olunur” — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 16 may 2022, 14:13
“Düşünürəm ki, Ermənistandakı lokal etirazlar baş nazir Nikol Paşinyanın özü tərəfindən təşkil olunur“.

Bunu Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında vurğulayıb. Bununla da, Paşinyan Qərbə bildirmək istəyir ki, etirazlara baxmayaraq Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir:

“Əslində, Ermənistandakı yürüşlərin iki səbəbi var. Birincisi, hazırda Paşinyana əsas müxalif qüvvə hesab edilən, revanşistlərin olduğu “Hayastan” blokudur. Bu blokunun aksiya və mitinqləri birbaşa xaricdən dəstəklənir.



Özəllikə, diqqət etsək görərik ki, Rusiyanın iri tirajlı media qurumları “Ria”, “Sputnik”, “Tass” kimi xəbər agentlikləri “Hayastan”ın aksiyalarını geniş şəkildə tirajlayırlar. Bu baxımdan düşünürəm ki, bu aksiyaların, yürüşlərin ciddi praktiki nəticəsi olmayacaq. Bu iğtişaşlar iyul ayının ortalarına qədər müəyyən fasilələrlə davam edəcək. Payızda isə yenidən müxtəlif bəhanələrlə aksiyalar qızışdırıla bilər və daha geniş şəkil ala bilər”.

 “Ermənistan 44 günlük Vətən müharibəsində aldığı böyük məğlubiyyətdən sonra Paşinyan komandasını hakimiyyətdə saxladı, çünki Koçəryan və Sarkisyan nə qədər qeyri-səmimi olduqları, uzun illər hakimiyyətdə olduqları zaman Ermənistana vurduqları zərbələri xalq yaxşı başa düşür. Ona görə də, bu tip aksiyalar nəticəsində Ermənistanda hansısa geniş çaplı iğtişaşların və hakimiyyət dəyişikliyinin olacağını düşünmürəm”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top