Bu gün Ay tutulması olacaq

MARAQLI 16 may 2022, 00:08
Bu gün ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

"Report"un xəbərinə görə, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Təbii hadisə saat 07:29-da başlayacaq, saat 8:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınacaq.

Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olacaq. Buna görə təbii hadisə Azərbaycanda müşahidə edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top