Qəbələdə qəza: Ölənlər var

HADİSƏ 15 may 2022, 13:09
Qəbələdə baş verən qəzada ölənlərin şəxsiyyəti məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ölənlər VAZ-2106" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Afiq Rafiq oğlu Məmmədov və onun sərnişini, 1978-ci il təvəllüdlü Cuma Abdulhəlim oğlu Mirzəliyevdir. Məlumata görə, ölənlər yeznə və qayındır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" və"Opel" markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top