Ukrayna “Eurovision”un qalibi oldu — VİDEO

ŞOU-BİZNES 15 may 2022, 03:10
İtaliyanın Turin şəhərində keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

Demokrat.az
xəbər verir ki, müsabiqənin finalında səsvermənin nəticələrinə əsasən, Ukrayna təmsilçiləri 631 xal toplayıb. 

İkinci və üçüncü yerləri müvafiq olaraq 466 və 459 xal toplayan Böyük Britaniya və İspaniya tutub.

“İlk beşliy”i İsveç (438) və Serbiya (312) qapadıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində 25 ölkə iştirak edirdi.


Zamiq
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top