Şahbaz Xuduoğlu: “ƏDV-nin ləğvi ilə qiymətlər də xeyli dərəcədə aşağı düşəcək”

ƏDƏBİYYAT 14 may 2022, 21:17
"Çap məhsulları üçün ölkəyə gətirilən kağızın 18 faizlik əlavə dəyər vergisindən azad edilməsi çox əlamətdar bir hadisədir”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib. 

O bildirib ki, bu yenilik yazıçılara,oxuculara  böyük bir dəstəkdir:

“Təbii ki, bu, kitab siyasətinə dövlətin bir xoş və yaxşı münasibətidir. Qeyd edim ki, bir çox ölkələrdə kağız və kitab üzərindən ƏDV götürülmüşdü, ancaq Azərbaycan qalmışdı. Azərbaycan da bu addımı atmaqla ölkədəki kitab siyasətinə tamamən yeni bir baxış sərgilədi. Bundan sonra, şübhəsiz ki, kitab nəşr edənlərin, kitab yazanların sayı artacaq”. 

Ş.Xuduoğlu hesab edir ki, əlavə dəyər vergisinin götürülməsi ümumiyyətlə nəşr sayını artıracaq:

“Eyni zamanda, qiymətlər də xeyli dərəcədə aşağı düşəcək. Buna çox sevinirəm və bu münasibətlə də bütün yazıçılarımızı təbrik edirəm. Doğurdan da, çox mütərrəqi bir addımdır və yazıçılığa bir stimul verəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top